İtaliyada koronavirus qurbanlarının sayı 20 mini ötdü

italiyada-koronavirus-qurbanlarinin-sayi-20-mini-otdu-14042003

İtaliyada koronavirus qurbanlarının sayı 20 mini ötdü

İtaliyada son sutkada daha 566 nəfər koronavirusun qurbanı olub. Bununla da ölkədə pandemiyadan ölənlərin sayı 20 465-ə çatıb.

Bildirilib ki, koronavirusa yoluxanların sayı daha 3 153 nəfər artaraq 159 516-ya yüksəlib.

İtaliyada koronavirusdan sağalanların sayı isə 30 435 nəfərdir.