Mərkəzi Bank yeni kommunikasiya məhsulunu təqdim edib

mrkzi-bank-yeni-kommunikasiya-mhsulunu-tqdim-edib--21022004

Mərkəzi Bank yeni kommunikasiya məhsulunu təqdim edib

Azərbaycan Mərkəzi Bankı (AMB) yeni kommunikasiya məhsulunu təqdim edib.

Bankdan bildirilib ki, video sual-cavab formatında olan kommunikasiya məhsulunun ilk mövzusu “Ani ödənişlər sistemi”nə həsr olunub.

“Ani ödənişlər sistemi”nin ilkin mərhələsi iyunda istismara veriləcək

Mərkəzi Bankın “Ani ödənişlər sistemi” bölməsinin və layihəsinin rəhbəri Emil Abbasov deyib ki, 7/24/365 rejimli “Ani ödənişlər sistemi”nin ilkin mərhələsi bu ilin iyununda, tam mərhələ isə ilin sonunadək istifadəyə veriləcək. “Ani ödənişlər sistemi” mövcud ödəniş ekosistemi ilə tam inteqrasiya edilmiş formada yaradılacaq. Hökumət ödəniş portalı ilə inteqrasiya nəticəsində portalda mövcud olan 550-dən çox xidmət növü üzrə ödənişləri real rejimdə həyata keçirmək mümkün olacaq. Bu xidmət növlərinə vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin toplanması, kütləvi xidmət müəssisələri üzrə ödənişlər və sair daxildir. Sistemə inteqrasiya ediləcək digər qurum isə banklar olacaq. Banklar öz daxili sistemlərini “iOS”un tələbləri əsasında inkişaf etdirərək müştərilərə 724 rejimində işləmək imkanı verəcək. Sistemin əsas özəlliyi ondan ibarətdir ki, burada üçüncü tərəf ödənişləri inisasiya edilə biləcək. Üçüncü tərəflərə sistemin portalı da daxildir. Sistemə inteqrasiya ediləcək digər təşkilat isə kart infrastrukturunun ekvarinq şəbəkəsi və nəzarət-kassa aparatlarının operatorları olacaq. Bu inteqrasiyalar nəticəsində ATM-dən, POS-terminallardan, kassa aparatlarından ani ödənişləri həyata keçirmək mümkün olacaq. Sistemdə, həmçinin bank olmayan ödəniş xidməti təchizatçıları üçün funksional inteqrasiya metodları hazırlanıb.

“Layihənin gedişatı zamanı Azərbaycanda milli ödəniş infrastrukturunda istifadə olunmaq üçün QR kod standartları hazırlanıb. Bu standartlardan həm ani ödənişlər sistemində, həm də ani ödənişlərdən kənar əməliyyatlarda istifadə etmək mümkündür. Layihə çərçivəsində yaradılan digər mühüm funksionallıqlardan biri də “Açıq bankçılıq”dır. “Açıq bankçılıq” vasitəsilə müştərilərin icazələri çərçivəsində üçüncü tərəflərin elektron bankinqindən ödənişlərin həyata keçirilməsi, hesab üzrə məlumatların əldə edilməsi mümkündür”, - deyə o bildirib.

Qeyd edək ki, “Ani ödənişlər sistemi” hazırda 50 ölkədə tətbiq olunur, 10 ölkədə isə tətbiqi üzrə işlərə başlanılıb.

Daha ətraflı məlumat: https://youtu.be/PmJ6v1pfHbM

Hibya Xəbər Agentliyi