Azərbaycanda koronavirus infeksiyasına 61 yeni yoluxma faktı qeydə alınıb

azrbaycanda-koronavirus-infeksiyasina-61-yeni-yoluxma-fakti-qeyd-alinib-02042010

Azərbaycanda koronavirus infeksiyasına 61 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 61 yeni yoluxma faktı qeydə alınıb, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahından bildirilib ki, ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər həyatını itirib, 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərin orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparılıb.

Hibya Xəbər Agentliyi