“Qala Sığorta” və “Qala Həyat” sığorta şirkətlərindən eşitmə və nitq əhdudiyyətli şəxslər üçün sosial layihə

qala-sigorta-v-qala-hyat-sigorta-sirktlrindn--esitm-v-nitq-hdudiyytli-sxslr-ucun-sosial-layih---03042011

“Qala Sığorta” və “Qala Həyat” sığorta şirkətlərindən  eşitmə və nitq əhdudiyyətli şəxslər üçün sosial layihə

“Qala Sığorta” və “Qala Həyat” sığorta şirkətləri ölkəmizdə yeni koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizəyə növbəti dəfə tövhə veriblər.

Korporativ Sosial Məsuliyyət strategiyaları çərçivəsində “Qala Sığorta” və “Qala Həyat” Sığorta şirkətlərinın təşəbbüsü ilə ölkəmizdə ilk dəfə olaraq COVİD-19-la bağlı işarət dilində video çarx hazırlanıb. Eşitmə və nitq məhdudiyyətli şəxslər üçün hazırlanan video çarxda peşəkar surdoloq tərəfindən yeni koronavirus infeksiyasından qorunma qaydaları izah olunub.

Videoçarx “Qala Sığorta” və “Qala Həyat” sığorta şirkətlərinin Facebook və Instagram hesablarında paylaşılıb və böyük maraqla qarşılanıb.

Sözügedən videoçarxı aşağıdakı linklərdən izləyə bilərsiniz:

https://www.facebook.com/qalainsurance.az/videos/909227739533462

https://www.facebook.com/QalaHeyat/videos/569350360455174

Qeyd edək ki, bir müddət əvvəl “Qala Sığorta” və “Qala Həyat” sığorta şirkətləri paytaxt sakinlərini koronavirusdan qorunma qaydaları və tibbi spirtlə təmin etmişdi.

Xatırladaq ki, yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC olan “Qala Sığorta” şirkəti müştərilərinə 1 filial və 10 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.“Qala Həyat" şirkəti isə Azərbaycan sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş həyat sığortası siniflərinə aid bütün növ məhsulları təqdim edir.

Hibya Xəbər Agentliyi